Müəllif: Gülnar Əhmədli, Banco.az
"Kapital Bank"ın xalis mənfəəti 2024-cü ilin 31 dekabr tarixinə 186 milyon 501 min manat təşkil edib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 yanvar tarixinə "Kapital Bank"ın aktivləri illik müqayisədə 2 milyard 712 milyon 644 min manat və ya 31,3% artaraq 11 milyard 372 milyon 270 min manata çatıb.
2024-cü ildə "Kapital Bank"ın kredit portfeli 5 milyard 211 milyon 208 min manat, depozit portfeli isə 8 milyard 978 milyon 334 min manat olub. Bunlar da 2023-cü illə müqayisədə müvafiq olaraq 939 milyon 385 min manat (22%) və 2 milyard 656 milyon manat (42%) çoxdur.
Həmçinin qeyd edək ki, 31 dekabr 2024 tarixinə bank 1 milyard manata yaxın (976 milyon 627 min manat) məcmu kapitala malik olub.
Bizi sosial şəbəkələrdən izləyin!!