Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanadanın Baş Naziri Castin Trüdo partiyası Kanada Liberal Partiyasından və Baş nazirlik vəzifəsindən istefa edib.
Banco.az xəbər verir ki, Trüdo yeni lider seçilənə qədər vəzifəsini davam etdirəcəyini bildirib.
Trüdo: "Mən bir döyüşçüyəm, çünki bu ölkənin daha yaxşı olmasını istəyirəm. Lakin parlament demək olar ki, iflic vəziyyətinə düşüb. Buna görə də 25 mart tarixinədək yeni bir parlament dövrü zəruridir. Ailəmlə karyeram haqqında müzakirələr apardım. Uşaqlarımla bölüşdüyüm qərarı sizinlə də bölüşürəm; partiyamdan və Baş nazirlik vəzifəmdən istefa edirəm. Partiyam yeni lider seçənə qədər vəzifələrimi yerinə yetirməyə davam edəcəyəm. Belə qərar verdim ki, artıq bu daxili münaqişələrlə məşğul olmağa görə, mən yaxşı seçim deyiləm," - deyə bildirib.
Trüdo həmçinin əlavə edib: "Kanadalılar ən yaxşısına layiqdirlər. Qarşıdakı seçkilərdə ən yaxşı seçimin edilməsini arzulayıram. Orta təbəqənin inkişafı üçün çalışdıq. Maaşları artırdıq. Ailələr üçün işlər gördük. Kasıblığı azaltdıq."
Xatırladaq ki, Trüdo 2015-ci ildən bəri Baş nazir vəzifəsini icra edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!