Müəllif: Tamara Mustafayeva, Banco.az
Kaliforniyada meşə yanğınları nəticəsində iqtisadi itkilərin 57 milyard dollara çatdığı təxmin edilir.
Banco.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında güclü küləklərin təsiri ilə yayılan meşə yanğınlarından yaranan ümumi zərər və iqtisadi itkinin 52 milyard dollar ilə 57 milyard dollar arasında olması gözlənilir.
Dünya miqyasında hava proqnozu xidməti göstərən “AccuWeather” Kaliforniyadakı meşə yanğınlarının iqtisadi xərcləri ilə bağlı ilkin proqnozlarını bölüşüb.
Buna əsasən, Kaliforniyadakı meşə yanğınlarından yaranan ümumi zərər və iqtisadi itkinin 52 milyard dollar ilə 57 milyard dollar arasında olacağı təxmin edilir.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində çərşənbə axşamı güclü küləklərin quru hava şəraiti ilə birləşməsi nəticəsində meşə yanğınları başlamışdı.
Yanğın zamanı Sakit Okean Palisades bölgəsində təxminən 3 min hektar sahə külə çevrilib və bölgə sakinləri üçün təxliyə əmri verilib.
Kaliforniya qubernatoru Qavin Nyusom açıqlamasında yanğına qarşı müdaxilə işlərinin davam etdiyini bildirərək, Los-Ancelesdə "fövqəladə vəziyyət" elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!