"JPMorgan"ın baş direktoru Deymon: Avropada ciddi problemlər var | Banco.az

"JPMorgan"ın baş direktoru Deymon: Avropada ciddi problemlər var

Müəllif: Tamara Mustafayeva, Banco.az

JPMorgan-ın baş direktoru Deymon: Avropada ciddi problemlər var.

Banco.az xəbər verir ki, Amerikanın ən böyük investisiya banklarından biri olan “JPMorgan Chase & Co.”nun baş direktoru Ceymi Deymon Avropadakı ləng işləyən bürokratiyaya diqqət çəkərək, “zəif” bir qitənin ABŞ üçün böyük iqtisadi risk yaratdığı barədə xəbərdarlıq edib.

Deymon şənbə günü Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı Avropanın ciddi bir problemi olduğunu bildirib. O qeyd edib ki, Avropa sosial təminat sahəsində əla işlər görsə də, biznesi, investisiyaları və innovasiyanı əldən verib və bunun nəticələri indi özünü göstərməyə başlayır.

Deymon bəzi Avropa liderlərini problemlərin fərqində olduqlarına görə tərifləsə də, siyasətin həqiqətən çox çətin olduğunu da vurğulayıb.

Avropanın parçalanma riskinin uzun müddətdir dünyanın qarşı-qarşıya qaldığı əsas çağırışlardan biri olduğunu qeyd edən Deymon bu ilin əvvəlində səhmdarlarla bölüşdüyü məktubda da Avropanın “həll etməli olduğu ciddi problemlər”in mövcudluğunu bildirmişdi.

Deymon Avropanın sülh axtarışı səylərini də yüksək qiymətləndirsə də, hərbi gücdəki zəifləmənin və Aİ daxilində konsensus əldə etməyin çətinliyinin qitəni təhdid etdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram