Müəllif:Ayşən İmanova/Banco.az
İsveç Ukraynaya 1,2 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini təqdim edəcək.
Banco.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson bildirib.
Onun sözlərinə görə, yardım paketi 13,5 milyard İsveç kronu (1,2 milyard dollar) təşkil edəcək.
“Bu, İsveçdən Ukraynaya göndərilən 18-ci yardım paketidir. Bu, həm də İsveçin 2022-ci ilin fevralından bəri Ukraynaya təqdim etdiyi ən böyük paketdir”, - o əlavə edib.
Nazir həmçinin qeyd edib ki, təxminən 90 milyon dollar Ukraynanın uzaqmənzilli raket və dronlarının istehsalına xərclənəcək.