İstanbulda ötən ay inflyasiya səviyyəsi dəyişməyib | Banco.az

İstanbulda ötən ay inflyasiya səviyyəsi dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda inflyasiya noyabr ayında dəyişməz qalıb.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatası (İTO) noyabr ayı üzrə qiymət indekslərini açıqlayıb.

İTO məlumatlarına görə, noyabrda pərakəndə satış qiymətlərində illik artım 73,89 faiz olub.

2023-cü ilin noyabr ayında İstanbulda pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Maaşlı Yaşayış İndeksi əvvəlki ayla müqayisədə 3,79 faiz, topdansatış qiymət hərəkətlərini əks etdirən Topdansatış Qiymətləri İndeksi isə 2,94 faiz artıb.

2023-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri mədəniyyət, təhsil və əyləncə xərclərində 5,53 faiz, mənzil xərclərində 4,95 faiz, ərzaq xərclərində 4,84 faiz, geyim xərcləri qrupunda 2,48 faiz, sağlamlıq və şəxsi baxım xərclərində 1,30 faiz, məişət əşyası xərclərində 0,32 faiz və sair xərclər qrupunda 0,15 faiz artım müşahidə olunduğu halda, nəqliyyat və rabitə xərclərində 0,52 faiz azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram