İşsizlərin sayı açıqlanıb | Banco.az

İşsizlərin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyunun 1-i vəziyyətinə görə, 282,9 min nəfərə bərabər olub. Aprel ayının əvvəlində bu göstərici 283,7 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5332,6 min nəfər olmuş, onlardan 5049,7 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1771,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 876,3 min nəfər, qeyri-dövlət sektorunda isə 895,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1740,5 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram