Müəllif:Mehin Qasımova,Banco.az
İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq edən qanun layihəsinin təsdiqinə səs verib.
Banco.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançesin ötən ay açıqladığı qanun layihəsi 178 əleyhinə 169 əleyhinə səslə təsdiqlənib.
Fərman normal olaraq oktyabrın 7-də Parlamentdə səsvermə üçün gündəmə gətirilsə də, bu tarix 2023-cü il oktyabrın 7-də Həmas tərəfindən həyata keçirilən Əl-Əqsa daşqınının ikinci ildönümünə təsadüf etdiyi üçün İsrailin təzyiqi ilə səsvermə bu günə qədər təxirə salınıb.
İspaniya hökuməti Qəzzada iki ildir davam edən soyqırımdan sonra İsraillə silah alveri etmədiyini uzun müddət müdafiə etsə də, bəzi vətəndaş cəmiyyəti təşkilatları tarixləri və müqavilələri əsas gətirərək bunun əksini iddia edərək hökumətə təzyiq göstərirlər.
Hökumət həm daxili təzyiqlər, həm də İsraillə yaşadığı diplomatik böhran səbəbindən sentyabrın 9-da İsrailə qarşı doqquz maddədən ibarət sanksiyalar tətbiq etmək qərarına gəlmişdi.
