İSB növbəti ödənişini həyata keçirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İSB növbəti ödənişini həyata keçirib

Qəzaya uğrayanlara 12 250 AZN kompensasiya ödənilib.

İcbari Sığorta Bürosunun verdiyi məlumata görə, sığorta ödənişi yol qəzasına görə verilib. Hadisə bu il, yanvarın 4-də, saat 09:10 radələrində Cəlilabad rayonu ərazisində baş verib. Qəza nəticəsində vəfat etmiş 2 nəfərin hər birinə görə 5 min manat, xəsarət almış 2 şəxsə görə isə müvafiq olaraq 1500 manat və 750 manat olmaqla ümumilikdə 12 250 manat kompensasiya ödənilib.