İş və xidmətləri ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısı genişlənib | Banco.az

İş və xidmətləri ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısı genişlənib

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi əlavə edilib.