“İş həyatında uğurlu olmaq üçün çox çalışmaq kifayət etmir” – Ahmed Kandemir | Banco.az

“İş həyatında uğurlu olmaq üçün çox çalışmaq kifayət etmir” – Ahmed Kandemir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Müasir iş dünyasında uğur qazanmaq üçün sadəcə çox çalışmaq kifayət etmir.

Peşəkar inkişaf yalnız bilik və bacarıqlara deyil, həm də strateji düşünmə, düzgün ünsiyyət və effektiv əlaqələr qurmaq bacarığına əsaslanır. Rəqabət mühitində irəli getmək üçün hər kəs özünü doğru ifadə etməli, görülən işləri görünən hala gətirməli və daim inkişaf etməlidir.

İş həyatında uğur qazanmaq istəyən hər kəs planlı və ağıllı çalışmalı, öz bilik və bacarıqlarını daim təkmilləşdirməli, eyni zamanda düzgün insanlarla əlaqələr qurmalıdır.
Bu barədə Banco.az-a açıqlama verən biznes sahəsi üzrə kouç Ahmed Kandemir bildirib ki, iş həyatında uğurlu olmaq üçün təkcə çox çalışmaq kifayət etmir. Təlimçi düşünür ki,  karyera pillələrində addımlayanlar uğurlarını düzgün şəkildə ifadə edə bilməli və hər platformada özünü açıq və aydın şəkildə ortaya qoya bilməlidir:
“Tələblərinizi dilə gətirməkdən çəkinməyin, çünki iş həyatı yalnız zəhmət deyil, eyni zamanda strategiya və siyasətdir. "Mən belə insanam, xasiyyətim budur, edə bilmirəm" kimi yanaşmalar karyeranızın inkişafına mənfi təsir göstərir. Hətta işinizdə uğurlu olsanız belə, bu cür davranış sizi irəli aparmaz.
Düzgün münasibətlər qurub, aqressiv davranışlardan çəkinməklə və gördüyünüz işləri görünən hala gətirə bilərsiniz.Unutmayın, sizi ağıllı davranışlar uğurun qapılarına aparacaq”.