Müəllif:Mehin Qasımova,Banco.az
İranın xam neft ixracı son ayda ABŞ-ın 2018-ci ildə yenidən tətbiq etdiyi sanksiyalardan bəri ilk dəfə gündəlik 2,23 milyon barrelə yüksəlib.
Banco.az xəbər ki, İran Neft Nazirliyinin məlumatına görə, 21 sentyabr – 21 oktyabr dövründə ölkənin neft ixracı cəmi 66,8 milyon barrel olub.
Qlobal neft ticarətini izləyən “Tankertrackers” şirkəti bildirir ki, İran son dörd həftədə gündə təxminən 2,3 milyon barrel xam neft ixrac edib. Bu, 2018-ci ilin ilk yarısından bəri ən yüksək göstəricidir.
2018-ci ilin may ayında ABŞ-ın sanksiyaları bərpa etməsindən sonra İran neft hasilatını satmaqda çətinlik çəkmiş və ixrac gündəlik orta hesabla 500 min bareldən aşağı düşmüşdü. Sonrakı illərdə Çinə neft satışları sayəsində ixrac gündəlik orta hesabla 1,9–2 milyon barrel səviyyəsinə qalxmışdı.
Son nəticələr İranın neft bazarındakı mövqeyinin bərpa olunduğunu və ixracın sanksiyalar öncəsi dövrə yaxınlaşdığını göstərir.
