İran rialı ABŞ dollarına qarşı tarixi minimuma düşüb | Banco.az

İran rialı ABŞ dollarına qarşı tarixi minimuma düşüb

Müəllif: Mehin Qasımova, Banco.az

İran valyutası növbəti dəfə ABŞ dollarına qarşı rekord səviyyəyə düşərək 1,3 milyon riala çatıb.

Banco.az xəbər verir ki, mart ayında məzənnə milyon həddini keçmiş, dekabrın 1-də isə 1,19 milyon riala yüksəlmişdi və bundan sonra dollar İran valyutasına qarşı gündəlik olaraq möhkəmlənməyə davam edib.

Məlumatlara görə, 2018-ci ilə qədər bir dollar təxminən 50.000 rial idi. Hazırda İranda illik inflyasiya 38,9 faiz səviyyəsindədir.

Noyabr ayında İran hakimiyyəti rialın yenidən denominasiya ediləcəyini elan edib. Kiçik valyutanın tətbiqindən sonra hər yeni rial 100 kran dəyərində olacaq. Bu addım əskinas çap xərclərini azaltmaq və maliyyə əməliyyatlarını sadələşdirmək məqsədi daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram