Müəllif - Fərid İslamov - Banco.az
CapVest Partners London əsaslı investisiya şirkəti Alman farmasevtik şirkəti Stada Arzneimittel AG-ni 10 milyard avroya (borclar daxil olmaqla) almağa yaxındır, Bloomberg agentliyi etibarlı mənbələrə istinadla xəbər verir.
Mənbələrin bildirdiyinə görə, CapVest Stada-nın sahibləri – Bain Capital və Cinven ilə sazişin şərtlərini yekunlaşdırmaq üzrədir. Tərəflər razılaşmanı artıq bazar ertəsi günü elan edə bilərlər.
Əvvəlki danışıqlar Stada-nın qiymətləndirilməsi, əməliyyatın strukturu və bəzi hüquqi öhdəliklərin tənzimlənməsi məsələlərində fikir ayrılıqları səbəbindən tıxanmışdı. CapVest danışıqlara Bain Capital və Cinven Stada-nı IPO-ya hazırlamağa başladıqdan sonra geri qayıdıb.
Stada geniş çeşiddə məhsul istehsal edir və satır, bunlara sağlamlıq məhsulları, generik dərmanlar və nadir və xroniki xəstəliklərin müalicəsi üçün xüsusi preparatlar daxildir. Bain Capital və Cinven şirkəti 2017-ci ildə 5,3 milyard avroya almışdı.
