“Instagram” yeni kontent modelini sınaqdan keçirir | Banco.az

“Instagram” yeni kontent modelini sınaqdan keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” hekayələri yazılar və çarxlarla birləşdirən yeni xüsusiyyəti ilə məzmun anlayışını dəyişdirir.

Banco.az xəbər verir ki, “Instagram” kontent yaradıcılarının yaradıcılıq imkanlarını artıracaq yeni bir funksiyanı istifadəyə verib. Artıq istifadəçilər hekayə paylaşımlarına paralel olaraq eyni zamanda paylaşımlar lentində (feed) postlar, reels videoları və ya hər ikisini bir formatda paylaşa bilirlər. Bu yenilik xüsusilə izləyicilərinə daha bütöv və diqqətçəkici məzmun təqdim etmək istəyənlər üçün yeni bir yaradıcılıq meydanı yaradır.

Yeni funksiyayla birlikdə üç fərqli paylaşım kombinasiyası mümkündür:

  • Hekayə ilə birlikdə bir feed (lent) paylaşımı etmək

  • Hekayə ilə birlikdə bir reels paylaşmaq

  • Hekayə vasitəsilə eyni anda həm feed paylaşımı, həm də reels paylaşmaq

“Instagram” eyni zamanda kontent formatları ilə bağlı bəzi məhdudiyyətləri də açıqlayıb. İstifadəçilər feed (lent) paylaşımında yalnız 1 vizualdan (şəkildən) istifadə edə bilərlər. Feed + Reels formatında isə yalnız video məzmun yükləmək mümkündür; şəkil və video eyni anda istifadə edilə bilməz.

Bu yeniləmə platformada məzmun yaradılmasını daha sinxron, hədəf yönlü və qarşılıqlı əlaqəni artıran bir formaya çevirir. Hekayə, paylaşım və video məzmunlarının birlikdə təqdim edilməsi brendlərə, influencerlərə və kontent yaradıcılarına çatdırmaq istədikləri hekayəni daha zəngin bir formatda ifadə etmək imkanı yaradır.

“Instagram” bu funksiya vasitəsilə istifadəçi təcrübəsini sadələşdirməyi və eyni zamanda kontent keyfiyyətini artırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram