İnşaat və tikinti sektoruna kredit qoyuluşları 200 milyon manatadək artıb | Banco.az

İnşaat və tikinti sektoruna kredit qoyuluşları 200 milyon manatadək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 377.9 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 2,3% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 199,4 milyon manat və ya 16,9% çoxdur.

2025-ci ilin aprelin əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 178.5 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram