Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada pərakəndə satış həcmi 4 ayın ən kəskin enişini reallaşdırıb.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin aprel ayı üzrə pərakəndə satış məlumatlarına əsasən, ölkədə sözügedən dövr ərzində dekabrdan bəri ən kəskin azalma müşahidə olunub.
Belə ki, mart ayında qeydə alınan 0,2 faiz azalmanın ardından pərakəndə satışlar apreldə 2,3 faiz azalıb.
Bütün sektorlarda satışlar azalsa da, ölkədə havanın yağıntılı olması xüsusilə geyim, idman ləvazimatları, oyun və mebel satışına mənfi təsir göstərib.
Fevral-aprel dövrünü əhatə edən 3 ayda isə pərakəndə satış həcmi əvvəlki 3 aylıq dövrə görə 0,7 faiz artıb. İllik əsasda isə 0,8 faiz azalma qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!