Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada yanacaq istisna olmaqla pərakəndə satışlar aprel ayında aylıq 1,3% və illik 5,3% artıb.
Banco.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) ölkənin aprel ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.
ONS tərəfindən yayımlanan məlumatlara əsasən, Böyük Britaniyada yanacaq daxil olmaqla pərakəndə satışlar illik əsasda 5% artaraq 4,5%-lik proqnozları üstələyib.
Pərakəndə satış proqnozları 21 iqtisadçı tərəfindən 0,3% ilə 1,4% arasında dəyişən rəqəmlərlə verilmişdi.
Yanacaq istisna olmaqla pərakəndə satışlarda aylıq 0,1% artım gözlənilsə də, faktiki artım 1,3% olub.
Yanacaq istisna olmaqla satışlar illik əsasda isə 5,3% artıb. Bu göstərici 4,4% səviyyəsində olan gözləntiləri də üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!