Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada illik inflyasiya ötən ay dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) yanvar ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə illik inflyasiya yanvar ayında 4 faiz təşkil edib. Ötən ilin dekabrında da ölkədə illik inflyasiya 4 faiz idi.
Yanvarda enerji və ərzaq qiymətlərinin istisna edildiyi baza inflyasiyası illik 5,1 faiz təşkil edib. Dekabrda bu göstərici 5,2 səviyyəsində idi.
Qeyd edək ki, mənzil, xidmət və nəqliyyat sektorlarında qiymət artımları inflyasiyaya yüksələn təsir göstərdiyi halda, mebel, məişət malları, qida və içki qiymətləri alçalan təsir göstərmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!