İngiltərədə ev kirayəsi orta hesabla 24,2 faiz artıb | Banco.az

İngiltərədə ev kirayəsi orta hesabla 24,2 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə orta mənzil kirayəsi 2023-cü ildə əvvəlki ilə nisbətən 24,2 faiz artaraq 1258 funt sterlinqə çatıb.

Banco.az xəbər verir ki, ingilis mənzil maliyyə şirkəti “Halifax” tərəfindən "Ev Sahibliyi və Kirayə Verilməsi" başlıqlı təhlilə görə, ölkədə ilk dəfə ev sahibi olanların ötən il ödədiyi aylıq ipoteka məbləği eyni xüsusiyyətlərə malik bir ev üçün ödənilən kirayədən 27 funt sterlinq az olub.

İlk dəfə ev alanların ödədiyi orta aylıq ipoteka məbləği 1231 funt sterlinq olarkən, ölkədə orta kirayə haqqı 1258 funt sterlinq olaraq hesablanıb. Fərq 2019-cu ildən bəri ilk dəfə bu səviyyəyə enib.

Bununla da, İngiltərədə orta mənzil kirayəsi 2023-cü ildə əvvəlki ilə nisbətən 24,2 faiz artıb.

Son 10 ildə mənzil kirayələrində artım 82 faiz təşkil edib. İlk dəfə ev alanların ödədiyi aylıq ipoteka məbləği 2023-cü ildə 27 faiz, son 10 ildə isə 113 faiz artıb.

Qeyd edilənə görə, İngiltərədə ötən mənzil kirayəsinin orta hesabla ən yüksək olduğu bölgə 2253 funt sterlinqlə London olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram