ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini yenidən artıracaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini yenidən artıracaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin I rübündə uçot faiz dərəcəsini dəyişməyərək 6,75% səviyyəsində saxlayacaq.

Banco.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə korporasiyası "ING Group"un yenilənmiş proqnozunda bildirilib.

    Bununla belə, ING hesab edir ki, AMB ilin II rübündə uçot dərəcəsini 7 %-ə, III rübdə 7,25 %-ə, IV rübdə isə 7,75 %-ə çatdıra bilər.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabrın 10-da üçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,75 %-ə endirib. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il fevralın 4-də açıqlayacaq.