ABŞ-da Powerball lotereyasında cekpot hələ də qalibini tapmayıb və həftələrdir böyüyür.
Banco.az xəbər verir ki, bazar ertəsi gecəsi əsas qalib müəyyən edilmədiyi üçün uduş 643 milyon dollara çatıb. Nağd ödəniş opsionu isə 290,6 milyon dollar olaraq açıqlanıb.
Arizona və Texasdan yalnız iki iştirakçı 1 milyon dollarlıq yan uduş qazanıb. Mayın 31-dən bəri əsas cekpot qalibi olmayıb; həmin tarixdə Kaliforniyada bir bilet sahibi 204,5 milyon dollar qazanmışdı.
ABC News-un məlumatına görə, çərşənbə gecəsi keçiriləcək növbəti tiraj 2024-cü ilin aprelindən bəri mümkün olan ən yüksək uduş olacaq. Qeyd edək ki, 2024-cü ilin aprelində bir iştirakçı 1,3 milyard dollarlıq rekord cekpot qazanmışdı.
Cekpotu qazanmaq ehtimalı 292,2 milyonda 1-dir, amma kiçik uduşlardan qazanmaq şansı 24,9-da 1-dir. Qalib, uduşu ya 30 il müddətində taksitlə ala bilər, ya da 290 milyon dollarlıq birdəfəlik nağd ödənişi seçə bilər.