İl başlayandan bəri "Google" artıq ikinci işdən çıxarmalara start verib | Banco.az

İl başlayandan bəri "Google" artıq ikinci işdən çıxarmalara start verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü ildə “Google” artıq ikinci ixtisar dalğasına hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Google”da işləyənlər bu il ixtisarların artıq ikinci dalğası ilə üz-üzədir.

Ötən həftə “Google Assistant” və “AR” mühəndislik qrupundan mindən çox işçini işdən çıxardığını açıqlayan şirkət bu həftə reklam departamentindən də yüzlərlə işçi ilə yollarını ayırır.

Qeyd edək ki, bu dəfəki işdən çıxarılmanın əsas səbəbi kimi süni intellekt göstərilir.

Məlumata görə, “Google” 30 mindən çox insandan ibarət reklam satış departamentini maşın öyrənməsindən istifadə etmək üçün yenidən təşkil etməyi planlaşdırır. Burada da əsas məqsəd müştərilərə “Google Axtarış” və “YouTube” kimi qabaqcıl məhsullarda daha çox reklam almağa kömək etməkdir.

Xatırladaq ki, sözügedən ixtisarlar şirkətin avadanlıq və mühəndislik departamentlərində mindən çox işçinin işdən çıxarılmasından bir neçə gün sonra baş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram