Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinli texnologiya nəhəngi “Huawei”in 2023-cü i üzrə satış gəlirinin 700 milyard yuanı (təxminən 98,83 milyard ABŞ dolları) ötəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, “Huawei” tərəfindən cümə günü verilən açıqlamaya görə, şirkətin fəaliyyəti ümumiyyətlə normal vəziyyətə düşüb.
Açıqlamaya görə, şirkətin informasiya və kommunikasiya infrastrukturu sahəsində işləri 2023-cü ildə güclü şəkildə davam edib.
Terminal sahəsində proqnozlar üstələnibı, rəqəmsal güc və bulud bizneslərində güclü artım qeydə alınıb və ağıllı avtomobil həllərinin rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.
Xatırladaq ki, “Huawei” 2022-ci ildə əvvəlki ilə nisbətən 0,9 faiz artımla 642,3 milyard yuan satış gəlirinə çatıb. Şirkət 2023-cü ilin birinci yarısında 15 faiz xalis mənfəət marjası ilə 310,9 milyard yuan satış gəliri əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!