Hindistanın baş naziri Modi İlon Maskla görüşüb | Banco.az

Hindistanın baş naziri Modi İlon Maskla görüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanın baş naziri Narendra Modi İlon Maskla görüşüb.

Banco.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi sosial media platforması X vasitəsilə İlon Maskla telefonla danışdığını bildirib.

Trampın baş müşaviri Maskla ölkələri arasında texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdiklərini qeyd edən Modi Hindistanın bu sahələrdə ABŞ ilə əməkdaşlığı inkişaf etdirməkdə "qətiyyətli" olduğunu vurğulayıb.

Hindistanın Ticarət və Sənaye naziri Piyuş Qoyal 16 aprel tarixində amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinə məxsus Starlink nümayəndə heyəti ilə görüşdüyünü və görüş zamanı peyk şəbəkəsinin Hindistandakı mövcud və gələcək investisiya planlarının müzakirə edildiyini bildirib.

Baş nazir Modi 13 fevral tarixində ABŞ-a səfəri çərçivəsində Maskla görüşmüş və bu zaman kosmos və texnologiya kimi müxtəlif mövzular müzakirə olunmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram