Hesablama Palatası İslam İnkişaf Bankı (IDB) ilə qarşılıqlı əməkdaşlıq üzrə mövcud imkanları müzakirə edib və gələcək əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində ilkin addımları müəyyən ediblər.
Bu barədə Palata xəbər verir.
Məlumata görə, qurumun auditoru Vəfa Mütəllimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində IDB-nin rəhbərliyi ilə görüş keçirib. IDB Qrupunun prezidentinin müşaviri Məhəmməd Hedi Mecai nümayəndə heyətini salamlayaraq onları Ciddə ofisində qəbul etməkdən məmnunluğunu ifadə edib.
V.Mütəllimova isə görüşün əhəmiyyətini vurğulayıb, Palatanın funksional fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər barədə qarşı tərəfə məlumat verib. O, IDB ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
