Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanının neft nəhənginin baş direktoru: Hər həftə 100 milyon barel neft itirilir.
Banco.az xəbər verir ki, “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser bildirib ki, Hörmüz boğazı bağlı qaldığı müddətdə qlobal bazarlar hər həftə 100 milyon barel neft itkisi ilə üzləşir.
Amin Nasser analitiklərlə keçirdiyi telefon konfransında qeyd edib ki, təklif çatışmazlığı şirkətlər və hökumətlər tərəfindən ehtiyat anbarları hesabına qarşılanır və qlobal ehtiyatlar təhlükəli dərəcədə azalır.
O vurğulayıb ki, dünyadakı ehtiyat neft hasilatı gücünün böyük hissəsi Bəsrə körfəzi bölgəsində yerləşdiyi üçün mövcud çatışmazlığın aradan qaldırılmasına kifayət qədər dəstək vermək mümkün deyil.
Açıqlamalar artan enerji qiymətlərinin qlobal iqtisadi artımı zəiflətməsi riskinin daha da dərinləşdiyini göstərir.
Yaxın Şərqdəki qarşıdurma artıq üçüncü ayına daxil olub. ABŞ və İran Hörmüz boğazı üzərindən daşımaların bərpasına yönəlmiş danışıqların yenidən başlanması ilə bağlı son təşəbbüsləri qarşılıqlı şəkildə rədd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
