Harvardın beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoyulması qərarı dayandırılıb | Banco.az

Harvardın beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoyulması qərarı dayandırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Boston Regional Hakimi Allison Burrouz ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin dünən Harvard Universitetinə təqdim etdiyi qərarı müvəqqəti olaraq dayandırıb.

Banco.az xəbər verir ki, hakim Burrouz Harvard Universitetinin beynəlxalq tələbələri qəbul etməsinin qarşısını alan qərarı, “proseslə bağlı daha çox məlumat və sənəd əldə olunana qədər” dayandırıb.

Sözügedən qərar Harvard Universitetinin Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırmasından dərhal sonra verilmişdi.

ABŞ-da Fələstinə dəstək nümayişləri ilə seçilən Harvard Universiteti, "müvafiq qanunlara əməl etmədiyi" əsas göstərilərək bu universitetin beynəlxalq tələbə qəbul proqramını dayandıran Prezident Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırmışdı.

Harvard Universiteti tərəfindən Boston federal məhkəməsində qaldırılan iddia ərizəsində ABŞ hökumətinin universitetin beynəlxalq tələbə qəbulunu dayandırmasının "konstitusiyanı pozduğu" bildirilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram