Ötən ay Gürcüstan turizmdən 374,7 mln. dollar gəlir əldə edib.
Bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin turizmdən gəliri 57,8 mln. dollar və ya 13,3% azalıb.
Yanvar-iyul aylarında isə Gürcüstanın turizmdən qazancı 1 830,7 mln. dollar təşkil edib. Ən çox gəlir iyul, ən az gəlir isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.
report.az