Gürcüstanın Azərbaycandan idxalı artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstanın Azərbaycandan idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstan bu ilin yanvar-may aylarında Azərbaycandan 359 milyon 461 min dollarlıq mal idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 5 aylıq dövrü ilə müqayisədə 12 milyon 327 min dollar və ya 3,55% çoxdur.

Hesabat dövündə Azərbaycanın Gürcüstandan idxalı isə 37 milyon 349 min dollar dəyərində olub.

Əlavə edək ki, hazırda Gürcüstan Azərbaycanın əsas qeyri-neft idxalçılarından biridir. Belə ki, Azərbaycanın cari ilin 5 aylıq dövründə 1 milyard 466 milyon dollarlıq qeyri-neft ixracının 161 milyon 181 min dolları (11%) Gürcüstanın payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram