Gürcüstanda əsas ərzaq məhsulları bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstanda əsas ərzaq məhsulları bahalaşıb

Sentyabrda Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,7% artıb, illik inflyasiya isə 3,8% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 0,5% artıb. Süd, pendir və yumurta 2,6%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,2%, meyvə və üzüm 0,6%, tərəvəz isə 0,6% bahalaşıb.

Geyim və ayaqqabıların qiymətində 2,4% artım olub.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində 6,3%, alkoqollu içkilər və tütünün qiymətində isə 8,9% artım qeydə alınıb. Sağlamlıq sahəsində ambulator xidmətlər 12%, tibbi məhsullar və avadanlıqlar isə 9,4% bahalaşıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram