Müəllif:Mehin Qasımova,Banco.az
Federal Ehtiyat Sisteminin (FED) 10 dekabrda açıqladığı faiz dərəcəsi qərarı əmtəə qiymətlərində artıma səbəb oldu.
Banco.az xəbər verir ki, ilin əvvəlindən bəri dəyəri 100%-dən çox artan gümüş, bu qərardan sonra gündəlik təxminən 4% artıb.
Beləliklə, ağ metal aylıq olaraq təxminən 25 faiz, ilin əvvəlindən isə 100 faizdən çox dəyər qazanıb.
Dünən unsiyası 64,31 dollara çatan gümüşün qiyməti bugünkü məlumata görə, 63,53 dollardan satılır.
Bir unsiya üçün 4381 dollara çatan qızıl, 1 faiz artaraq 4273 dollara satılır.
