Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın İT korporasiyası "Google" süni intellekt mərkəzləri, məlumatların emalı mərkəzləri (DPC) və bulud saxlama infrastrukturuna 9 milyard dollar sərmayə qoymaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
"Google" Chesterfield County-də məlumat mərkəzi tikməyi və Loudoun və Prince William qraflıqlarında infrastrukturunu genişləndirməyi planlaşdırır.
Layihənin 2026-cı ilə qədər başa çatdırılması gözlənilir.
İyulda məlum olub ki, şirkət ABŞ-da İT mərkəzlərinə 25 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Google" həmçinin məlumat mərkəzləri və süni intellekt mərkəzlərindən elektrik enerjisinə artan tələbat fonunda Pensilvaniyadakı su elektrik stansiyalarının modernləşdirilməsinə 3 milyard dollar ayırıb.