“Google” şirkəti süni intellektli hava proqnozu proqramını elan edib | Banco.az

“Google” şirkəti süni intellektli hava proqnozu proqramını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” şirkəti “GenCast” adlı süni intellektli hava proqnozu proqramını elan edib.

Banco.az xəbər verir ki, “Google”un “DeepMind” komandası hava proqnozu üçün “GenCast” adlı süni intellekt modelini təqdim edib.

Texnologiya nəhəngi sözügedən modelin ən yaxşı hava proqnozlaşdırma sistemindən üstün olduğunu deyir. Belə ki, “Google”un qabaqcıl süni intellekt araşdırma şirkəti “DeepMind” komandasının verdiyi açıqlamada yeni süni intellekt modelinin dünyanın ən yaxşı əməliyyat proqnoz sistemi olan Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzindən daha yaxşı performans göstərdiyini aşkar etdikləri bildirilib.

“Əvvəlki hava modeli determinist idi və gələcək hava haqqında ən yaxşı proqnozları verirdi. Lakin “GenCast” hər biri mümkün hava trayektoriyasını təmsil edən və gələcək hava ssenarilərinin mürəkkəb ehtimal paylanmasını yaradan 50 və ya daha çox proqnozlar qrupundan ibarətdir”, “DeepMind” komandasının bloq məqaləsində yazılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Google” “GenCast”ı Google Axtarış və Xəritələrə də daxil etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram