"Google" Kanada hökumətinə ildə 74 milyon dollar ödəyəcək | Banco.az

"Google" Kanada hökumətinə ildə 74 milyon dollar ödəyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada hökuməti "Onlayn Xəbər Aktı" çərçivəsində hər il ölkəyə təxminən 74 milyon dollar ödəmək üçün “Google” ilə razılığa gəlib.

Banco.az xəbər verir ki, Kanada hökuməti ilə “Google” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, şirkət Kanadanın xəbər təşkilatlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar töhfə verəcək.

Belə ki, Kanadanın Mədəni İrs naziri Paskal Sent-Onge şirkətlərin platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada media nəşriyyatlarına rüsum ödəmələrini tələb edən qanuna uyğun olaraq “Google” ilə razılığa gəldiklərini açıqlayıb.

Sent-Onge mətbuat konfransında bu razılaşmanın mətbuat sənayesi üçün müsbət irəliləyiş olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bu ilin iyun ayında Kanadada qanuna çevrilən "Bill C-18" adlı “Onlayn Xəbər Aktı” “Meta” və “Google” kimi şirkətlərdən öz platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada media nəşriyyatlarına ödəniş etmələrini tələb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram