"Goldman Sachs" qlobal səhmlərdə artım proqnozlaşdırır | Banco.az

"Goldman Sachs" qlobal səhmlərdə artım proqnozlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs" qlobal səhmlərdə artım proqnozlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli investisiya bankı "Goldman Sachs"a görə, ABŞ iqtisadiyyatının dayanıqlılığı, dəstəkləyici dəyərləndirmələr və Federal Ehtiyat Sisteminin (Fed) yumşaq mövqeyi sayəsində qlobal səhmlər ilin sonuna qədər artımını davam etdirə bilər.

"Goldman Sachs"ın strateqləri qeydlərində vurğulayıblar ki, səhmlər adətən iqtisadi yavaşlama dövrlərinin sonunda, güclü siyasət dəstəyinin olduğu şəraitdə yaxşı göstəricilər nümayiş etdirir.

Strateqlərin sözlərinə görə, səhmlərdən əldə edilən gəlirlərin artımı resessiya baş vermədən, Fed-in yumşaldıcı siyasəti ilə birlikdə sürət qazanaraq davam edəcək.

Bundan əlavə, strateqlər qısamüddətli dövrdə kredit reytinqlərini neytral vəziyyətdən aşağı çəksələr də, 12 aylıq perspektivdə səhmlərlə bağlı müsbət gözləntilərini qoruyublar. Komanda səhmlərin dəyərləndirmələrinin mövcud səviyyələrin üzərinə qalxa biləcəyini, lakin bunun kredit bazarları üçün məhdudlaşdırıcı amil olduğuna diqqət çəkib. Bununla yanaşı, nisbətən aşağı resessiya riskləri və balanslı təklif-tələb şərtləri səbəbilə kreditlərə dair daha az bədbin mövqe sərgilədiklərini qeyd ediblər.

Qlobal səhmlər isə Fed-in vaxtında faiz endirimlərinə getməsi ilə resessiya riskinin qarşısının alındığına dair nikbinlik və süni intellekt sahəsində canlanan coşqu nəticəsində rekord həddə çatıb. Bu inkişaf texnologiya nəhənglərini dəstəkləyərkən, bir çox amerikalı anakitik "S&P 500 "üçün hədəflərini yuxarı istiqamətdə yenidən nəzərdən keçirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram