Gələcəyin iqtisadiyyatını kriptovalyutalar, yoxsa ənənəvi maliyyə alətləri formalaşdıracaq? | Banco.az

Gələcəyin iqtisadiyyatını kriptovalyutalar, yoxsa ənənəvi maliyyə alətləri formalaşdıracaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illərdə kriptovalyutaların yüksəlişi və ənənəvi maliyyə sistemlərinin dayanıqlılığı barədə müzakirələr qlobal iqtisadi gündəmi zəbt edib. Bəziləri kriptovalyutaları “gələcəyin iqtisadiyyatı” adlandırsa da, digərləri onların qeyri-sabitliyinə və tənzimləmə çatışmazlıqlarına görə bu fikirlə razılaşmır.

Banco.az bu yazıda Vitalik Buterin, Elon Musk, Paul Krugman, Ray Dalio və digər ekspertlərin fikirləri əsasında iki yanaşmanın gələcəkdə iqtisadiyyatda rolunu təhlil edəcək.

“Ethereum”un qurucusu Vitalik Buterin blokçeyn texnologiyasını iqtisadiyyatın "mərkəzsizləşməsi" üçün inqilabi addım hesab edir. O bildirib ki, kriptovalyutalar vasitəçiləri aradan qaldıraraq, daha ucuz və sərhədsiz əməliyyatlar təklif edir.

X və Tesla-nın CEO-su Elon Musk da sərhədsiz ödənişlərdə Bitcoin və Dogecoin-in gələcəyin əsas ödəniş vasitələrindən biri ola biləcəyini düşünür. O deyib ki, Tesla-nın bitcoin ilə ödəniş qəbul etməsi bu fikrin praktik təzahürü idi.

Kriptovalyutaların ən böyük üstünlüklərindən biri DeFi (Mərkəzsiz Maliyyə) sahəsini inkişaf etdirməsidir:

İMF–nin rəhbəri Kristalina Georgieva qeyd edib ki, kriptovalyutaların qeyri-sabitliyi qarşısında Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC-lər) dövlət nəzarətini qorumaqla rəqəmsal maliyyə sistemləri yarada bilər. Artıq Çin də Dijital Yuan ilə rəqəmsal valyuta dövrünə keçidi test edir.

Ənənəvi maliyyə sistemi illərlə sınaqdan çıxmış və hüquqi çərçivələrdə fəaliyyət göstərən sabit bir sistemdir. Nobel laureatı  Paul Krugman isə düşünür ki, kriptovalyutaların volatilliyini nəzərə alaraq, onların dayanıqlı maliyyə sisteminə alternativ ola bilməz. Onun fikrincə, sabitlik və dövlət zəmanəti iqtisadiyyat üçün əvəzolunmazdır. Onun bu açıqlaması qarşılığında FED rəhbəri

Jerome Powell qeyd edib ki, bank sistemləri tənzimləmələr və zəmanətlərlə investorların etibarını qoruyur.

Ekspertlərin əksəriyyəti gələcəyin iqtisadi modelində kriptovalyutaların və ənənəvi maliyyə sistemlərinin birgə fəaliyyət göstərəcəyini düşünür.

Gələcəyin iqtisadiyyatı təkcə kriptovalyutalar və ya ənənəvi maliyyə sistemi ilə formalaşmayacaq. Bunun əvəzinə kriptovalyutaların innovativ texnologiyaları yeni iqtisadi imkanlar yaradacaq, ənənəvi maliyyə sisteminin stabil infrastrukturu maliyyə bazarlarının etibarlılığını təmin edəcək.

Ekspertlərin təhlilinə əsasən, hibrid bir model mərkəzləşdirilmiş və mərkəzsizləşdirilmiş maliyyə vasitələrinin harmoniyasından ibarət olan yeni iqtisadi sistem formalaşdırılacaq.