Futbol əfsanəsi Maradona brendə çevrilir | Banco.az

Futbol əfsanəsi Maradona brendə çevrilir

Müəllif:Mehin Qasımova,Banco.az 

Futbol əfsanəsi Maradona brendə çevrilir.

Banco.az xəbər verir ki, Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın beş varisi isveçli iranlı iş adamı Ash Pournouri və onun “Electa Global” şirkəti ilə “Maradona” brendi altında məhsulların bazara çıxarılması üçün müqavilə imzalayıb.

İsveç şirkəti açıqlamasında bildirib ki, Electa məhsul dizaynı, istehsalı, marketinqi və pərakəndə satışını ailə ilə sıx koordinasiyada idarə edəcək.

Qeyd edək ki, Argentinanın əfsanəvi 10 nömrəsi 25 noyabr 2020-ci ildə 60 yaşında ürək tutmasından vəfat etdi.

Lakin Cristiano Ronaldo və ya Kylian Mbappe kimi digər futbol ulduzları öz adlarını və ulduzluğunu brendə çevirsələr də, Maradona heç vaxt bunu etməyib.

Şirkət  həmçinin əlavə edib ki, ailəsinin etimadını qazanmaq üçün müəyyən vaxt lazım olub.