Fransada inflyasiya artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Fransada inflyasiya artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri noyabr ayında illik müqayisədə 1,7% artıb.

Banco.az xəbər verir ki, bu barədə "Insee" Milli Statistika İdarəsinin yekun məlumatlarında deyilir.

Beləliklə, qiymətlərin 1,6% artdığı oktyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib.

Fransa standartlarına görə hesablanan istehlak qiymətləri noyabr ayında illik ifadədə 1,3% artıb, aylıq müqayisədə isə 0,1% azalıb.

Fransada enerji qiymətləri oktyabrda 2% azaldıqdan sonra noyabrda illik müqayisədə 0,7% ucuzlaşıb. Ərzaq qiymətlərinin bahalaşması 0,6%-dən 0,2%-ə enib. Xidmətlərin dəyəri əvvəlki ayda olduğu kimi 2,3% artıb, sənaye məhsulları isə 0,3% ucuzlaşıb (oktyabrda - 0,2%). 

Baza inflyasiyası oktyabrda 1,4%-dən sonra noyabrda 1,5% təşkil edib