Müəllif: Tamara Mustafayeva, Banco.az
İyulda Fransada istehlak qiymətləri indeksi illik müqayisədə 0,9 faiz artıb.
Banco.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) iyul ayına dair inflyasiya göstəricilərini açıqlayıb.
Insee-nin Avropa İttifaqına (Aİ) uyğunlaşdırılmış məlumatlarına görə, Fransada iyul ayında illik inflyasiya 0,9 faiz təşkil edib. Bu göstərici Avropa Mərkəzi Bankının (ECB) 2 faizlik inflyasiya hədəfindən xeyli aşağı olub və əvvəlki ayla müqayisədə sabit qalıb.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta gözləntisi iyul ayında qiymətlərin 0,8 faiz artacağı istiqamətində idi.
Fransada aylıq qiymət dəyişikliyinə baxıldıqda isə iyul ayında qiymətlərin aylıq əsasda 0,3 faiz artdığı görünür. İqtisadçıların orta proqnozu da məhz 0,3 faiz səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!