Fransa Türkiyə ilə ticarət əlaqələrini canlandırmağı hədəfləyir | Banco.az

Fransa Türkiyə ilə ticarət əlaqələrini canlandırmağı hədəfləyir

Müəllif:Mehin Qasımova,Banco.az

Fransanın xarici ticarət naziri Nikolas Forissier 16-17 fevral tarixlərində Türkiyəyə səfər edəcək.

Banco.az xəbər verir ki, diplomatik mənbəyinin məlumatına görə, fransız nazirin Türkiyəyə səfəri iki ölkə arasında dialoqun bərpa olunduğu və ikitərəfli iqtisadi və diplomatik münasibətlərin yaxşılaşdığı bir vaxta təsadüf edir.

Bəyanatda səfərin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyi bildirilir və "Türkiyənin əvəzolunmaz regional güc olduğu" vurğulanır.

Türkiyə ilə Fransa arasında ticarət həcminin 2025-ci ildə rekord səviyyəyə - 23,8 milyard avroya çatdığı və Türkiyə bazarında fəaliyyət göstərən yüzlərlə Fransa şirkətində ən azı 143 min nəfərin işlə təmin olunduğu qeyd olunub.

Bəyanatda Fransa şirkətlərinin növbəti 3 il ərzində Türkiyəyə əlavə 5 milyard avro investisiya qoya biləcəyi bildirilib.