Fransa müdafiə xərclərini artıracaq | Banco.az

Fransa müdafiə xərclərini artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa prezidenti Emmanuel Makron qarşıdakı iki il ərzində hərbi xərclərə əlavə 6,5 milyard avro xərclənəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron dünən verdiyi açıqlamada Rusiyadan nüvə silahlarının yayılması, terrorçular tərəfindən onlayn hücumlar kimi indiyədək görünməmiş təhdidlər səbəbilə qarşıdakı iki il üçün əlavə 6,5 milyard avro hərbi xərcləmə ediləcəyini bildirib.

Makron qeyd edib ki, Fransa 2027-ci ildə – onun prezidentliyinin ikinci dövrünün son ilində – illik müdafiə xərclərini 64 milyard avroya çatdırmağı hədəfləyir. Bu məbləğ, Makronun 2017-ci ildə prezident olduğu vaxtda 32 milyard avro idi və bu da ikiqat artım deməkdir.

Makron ənənəvi hərbi çıxışında vurğulayıb ki, azadlıq 1945-ci ildən bəri heç vaxt bu qədər təhdid altında olmayıb. O çıxışında belə deyib:

“Nüvə təhdidinin yenidən meydana çıxmasının və böyük münaqişələrin artmasının şahidi oluruq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram