“Forfinance” BOKT-a lisenziya verilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Forfinance” BOKT-a lisenziya verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Forfinance” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Bu barədə tənzimləyici qurum xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Forfinance” BOKT-u 2025-ci ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54, mənzil 41, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Azər Azadovdur.