Müəllif - Fərid İslamov - Banco.az
Ford Motor Kelnədəki elektrik avtomobili istehsal edən zavodunda təxminən 1000 iş yerini ixtisar etməyi planlaşdırır.
Ford bildirib ki, ixtisarlar elektrik avtomobillərinə tələbin zəif olması ilə əlaqədardır və mümkün qədər işçilərin könüllü şəkildə ixtisarını təmin etməyə çalışacaqlar.
2024-cü ilin noyabrında şirkət Avropada 4000 iş yerini, o cümlədən Almaniyada 2900 iş yerini ixtisar edəcəyini açıqlamışdı. Yeni tədbirlər nəzərə alındıqda, Avropadakı təxminən 28 min nəfərlik heyət təxminən 18% azala bilər.
Kelnə zavodu yanvardan iki növbəli iş rejimindən bir növbəli iş rejiminə keçəcək. Bu müəssisədə, xüsusilə, Explorer elektrik SUV-ları istehsal olunur.
