"Ford" Almaniyadakı işçilərini ixtisar etməyi planlaşdırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Ford" Almaniyadakı işçilərini ixtisar etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford”un Almaniyanın Köln şəhərində işləyən 3200 işçini işdən çıxaracağı bildirilir.

Banco.az xəbər verir ki, mənzil-qərargahı Miçiqan ştatında yerləşən ABŞ-ın avtomobil istehsalçısı “Ford” şirkətinin elektriklə işləyən avtomobillər üçün akkumulyator xərclərinin artması və ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən durğunluğun təsiri ilə Almaniyanın Köln şəhərindəki fabrikində çalışan 3200 işçini ixtisar edəcəyi qeyd olunub.

Bu barədə alman mətbuatı xəbər yayıb.

Qeyd edilib ki, şirkətin işçi şurası keçirilən iki iclasda ixtisarlar barədə işçilərə məlumat verib.

Xatırladaq ki, Kölndəki fabrikini elektrikli avtomobil istehsalı müəssisəsinə çevirmək üçün keçən il 2 milyard dollar sərmayə qoyacağını açıqlayan “Ford”un Avropadakı fabriklərində 45 min nəfər işləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram