"Ford" ABŞ-da istifadə olunmuş avtomobil satışlarını "Amazon"a köçürür | Banco.az

"Ford" ABŞ-da istifadə olunmuş avtomobil satışlarını "Amazon"a köçürür

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” ABŞ-da istifadə olunmuş avtomobil satışlarını “Amazon”a köçürür.

Banco.az xəbər verir ki, ABŞ-lı avtomobil istehsalçısı “Ford” rəsmi dilerlərin sertifikatlı ikinci əl avtomobillərini “Amazon” vasitəsilə satışa çıxara bilməsinə imkan verəcək yeni bir əməkdaşlığa imza atdığını açıqlayıb.

Şirkətin açıqlamasına görə, bu əməkdaşlıq sayəsində müştərilər “Amazon” vasitəsilə yerli “Ford” dilerlərinin inventarına birbaşa çıxış əldə edəcək, satınalma prosesinə aid sənədləşdirmənin böyük hissəsini onlayn şəkildə tamamlayacaq və seçdikləri avtomobili təhvil almaq üçün randevu yarada biləcəklər.

Müştərilərin “Amazon Autos” platformu vasitəsilə “Ford Blue Advantage” sertifikatlı ikinci əl avtomobillər üçün maliyyələşdirmə seçimlərini nəzərdən keçirə biləcəyi və satınalma prosesini başlada biləcəyi bildirilib.

Sertifikatlı ikinci əl avtomobil satışlarının ilk mərhələdə Los-Anceles, Sietl və Dallas bölgələrində başlayacağı, daha sonra isə digər bölgələrə genişləndirilməsinin planlaşdırıldığı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram