“Fitch” qlobal polad bazarını analiz edib | Banco.az

“Fitch” qlobal polad bazarını analiz edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch”: Qlobal polad bazarında 2026-cı ildə mülayim bərpa gözlənilir.

Banco.az xəbər verir ki, Fitch Ratings” 2026-cı ildə qlobal polad bazarında mülayim bərpa gözlədiyini və bunun sektor üzrə neytral görünüşü dəstəklədiyini açıqlayıb. Agentlik Çin-də polad istehlakının azalmasının digər regionlarda artan tələblə kompensasiya olunmayacağını bildirib.

“Fitch”in qiymətləndirməsinə görə, yumşaldılan pul siyasəti, davam edən infrastruktur yatırımları və tikinti sektorunda canlanma bazarı dəstəkləyəcək. Bununla yanaşı, geosiyasi qeyri-müəyyənliklər və ticarət gərginlikləri əsas risklər kimi qalır.

Çində polad istehsalının 2026-cı ildə 4,5 faiz azalacağı, ixracın isə 109 milyon tona düşəcəyi proqnozlaşdırılır. Hindistanda iqtisadi artımın davam edəcəyi, Avropa və ABŞ-da isə infrastruktur və müdafiə xərclərinin tələbi dəstəkləyəcəyi vurğulanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram