"Ferrari"nin gəliri gözləntiləri üstələyib | Banco.az

"Ferrari"nin gəliri gözləntiləri üstələyib

Müəllif:Mehin Qasımova,Banco.az

"Ferrari"  2026-cı il üçün yeni bir proqnoz yayımlayıb. 

Banco.az xəbər verir ki, şirkət ötən ilin son üç ayında xalis gəlirin 1,8 milyard avroya (2,14 milyard dollar) çatdığını açıqlayıb.

İllik xalis gəlir 7% artaraq 7,1 milyard avroya çatıb. Analitiklər  şirkətin 1,77 milyard avroluq proqnozunu üstələdiyini açıqlayıb.

Şirkətin bu il üçün proqnozu analitiklərin gözləntilərini aşdıqdan sonra "Ferrari" səhmləri təxminən 10% artıb.

Avtomobil istehsalçısı dördüncü rübdə 381 milyon avro xalis mənfəət əldə edib və bununla da ilin ümumi xalis gəliri 5% artaraq 1,6 milyard avroya çatıb. Səhm başına mənfəət dördüncü rübdə dəyişməz olaraq 2,14 avro olaraq qalıb, illik göstərici isə 6% artaraq 8,96 avroya çatıb. Rüblük tədarüklər 173 ədəd azalaraq 3152 ədədə, ümumi tədarüklər isə illik müqayisədə 112 ədəd azalaraq 13640 ədədə düşüb.

"Ferrari" şirkətinin baş direktoru Benedetto Vigna bildirib ki, Ferrari-yə tələbat çox yüksəkdir. Sifariş kitabımız 2027-ci ilin sonuna qədər davam edir.