FED faiz qərarını nə vaxt açıqlayacaq? | Banco.az

FED faiz qərarını nə vaxt açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı iclasının tarixi ilə bağlı araşdırmalar başlayıb.

Banco.az xəbər verir ki, FED-in 2024-cü ilin yanvarında, yəni yeni ildə verəcəyi faiz qərarı dollar, qızıl, birja və kriptovalyuta investorları tərəfindən maraqla gözlənilir.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yanvar ayı üzrə faiz qərarı iclasının təqvimi açıqlanıb.

Bəlli olub ki, 31 yanvar 2024-cü ildə FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı axşam saat 23:00-da açıqlanacaq.

Qeyd edək ki, Milad bayramından sonra əməliyyat həcmləri qlobal bazarlarda aşağı səviyyədə qalmaqda davam etsə də, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn ilin martında faiz endirimlərinə başlaya biləcəyinə dair güclü proqnozlar risk iştahını dəstəkləməkdə davam edir.

Xatırladaq ki, ilin son faiz qərarında FED uçot dərəcəsini proqnozlara uyğun olaraq dəyişməyərək 22 ilin pik həddi olan 5,25-5,50 faiz səviyyəsində saxlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram