Müəllif: Tamara Mustafayeva, Banco.az
Fed faiz dərəcəsini dəyişməyib və azalma üçün gələn ili işarə edib.
Banco.az xəbər verir ki, ilin son iclasında ABŞ Federal Ehtiyat Sistemi (FED) proqnozlara uyğun olaraq uçot dərəcəsini dəyişməyərək ötən 22 ilin ən yüksək səviyyəsində saxlayıb.
Qərar yekdilliklə qəbul edilib. Proqnozlar da faiz dərəcələrinin dəyişməyəcəyi istiqamətində idi.
Bununla yanaşı, mərkəzi bank gələn il üçün 3 faiz endirimi proqnozlaşdırıb.
Onu da qeyd edək ki, FED bu il üçün artım proqnozunu yuxarıya, gələn il üçün isə aşağıya doğru yenidən nəzərdən keçirib. 2023-cü il üçün proqnoz 2,1 faizdən 2,6 faizə, 2024-cü il üçün isə 1,5 faizdən 1,4 faizə qədər dəyişdirilib. 2025-ci il üçün artım proqnozu dəyişməz olaraq 1,8 faiz olaraq qaldığı halda, 2026-cı il üçün proqnoz 1,8 faizdən 1,9 faizə yüksəldilib.
Bizi sosial şəbəkələrdən izləyin!!